Milli Məclis son iclasına başladı
30.09.2015 12:10 Siyasi reaksiya 2005
Azərbaycan Milli Məclisinin payız sessiyasında ilk plenar iclası başlayıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, spiker Oqtay Əsədov IV çağırış Milli Məclisin son sessiyasını açıq elan etdiyini bildirib,sonra Dövlət Himni oxunub.
Bugünkü iclasın gündəliyinə 39 məsələ daxildir.
Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış növbəti seçkilər keçiriləcək.
Şərhlər