Sankt-Peterburq qubernatoru Azərbaycana gəlir

30.09.2015 14:26     Siyasi reaksiya     1933

Sankt-Peterburqun qubernatoru Georqi Poltavçenko Azərbaycana rəsmi səfər edəcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Smolni mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 30 sentyabr-2 oktyabr tarixlərində gerçəkləşəcək səfər zamanı G. Poltavçenkonun Azərbaycan prezidenti, eləcə də  baş nazirin I müavini ilə görüşü planlaşdırılır.

Görüşlərdə geniş spektrli məsələlərin müzakirə olunacağı gözlənilir.

Q. Poltavçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın aqrosənaye müəssisələrinə baş çəkəcək, həmçinin Leninqrad blokadasının sağ qalan şahidləri ilə görüşəcək.

Qeyd edək ki, G. Poltavçenko Bakıda anadan olub və 7 yaşınadək bu şəhərdə yaşayıb. 

 

Şərhlər