Fransa prezidenti çağırış etdi

30.09.2015 15:41     Siyasi reaksiya     2045

“Fransa bütün maraqlı tərəfləri bundan sonra Azərbaycan-Ermənistan sərhədində insidentlərin yaşanmasında imkan verməməyə çağırıb”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasındakı çıxışından sonra keçirdiyi mətbuat konfransında Fransa prezidenti Fransua Olland deyib.

Fransanın sərhəddə baş verən son hadisələrə reaksiyası ilə bağlı sualı cavablandıran prezident bildirib ki, rəsmi Paris hadisələrlə bağlı məsuliyyət hiss edir: “Çünki Fransa müharibə zamanı və ondan sonra çoxsaylı itkilərə səbəb olmuş münaqişənin həlli yolunu axtaran strukturun həmsədridir. Buna görə də biz bütün maraqlı tərəflərdən xahiş edirik ki, sərhəddə insidentlərin baş verməsinə imkan verməsinlər. Vasitəçiliyimizi davam etdirməyə çalışırıq”.

Ermənistan və Azərbaycanda səfərdə olduğunu deyən Fransa prezidenti qeyd edib ki, bu ölkələrə səfər etməkdə məqsədi Qarabağ münaqişəsinin davamlı həllini tapmaq üçün çağırışlar etmək olub.

Şərhlər