Bakı Apellyasiya Məhkəməsinə yeni hakim təyin edildi

30.09.2015 16:22     Siyasi reaksiya     2069

Azərbaycan Respublikası Milli Məclisi Səriyyə Seyidovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar qəbul edib.

Reaksiya.az xəbər verir ki, qərarda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Səriyyə Seyid qızı Seyidova Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir".

 

Şərhlər