"Qarabağ münaqişəsini gündəlikdə saxlamağa çağırıram"

01.10.2015 04:13     Siyasi reaksiya     1593

"Veto hüququnun tətbiq edilməsi BMT Təhlükəsizlik Şurasına Rusiyanın Ukraynaya qarşı "təcavüzünü dayandırmağ"a və Malaziya Hava Yollarına məxsus təyyarəni vuranlar barəsində ədalət məhkəməsinin təmin edilməsinə imkan vermədi.

Reaksiya.az xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı Latviya prezidenti Raymonds Veyonis bildirib.

O, bu kontekstdə Təhlükəsizlik Şurası daimi üzvlərinin veto hüququnun məhdudlaşdırılması və onun tərkibinin genişləndirilməsi haqqında təklifi dəstəkləyib.

Veyonis, həmçinin "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı mübarizəni dəstəkləyib, İranın nüvə proqramı üzrə sazişi alqışlayıb və beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrini gündəlikdə saxlamağa çağırıb.

Şərhlər