Zakir Qaralov 7 nəfəri işdən çıxarıb - Son bir ildə

01.10.2015 10:16     Siyasi reaksiya     1983

“2014-cü il  oktyabrın 1-dən  indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, intizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olublar.

Şərhlər