Sabah sənədlərin təqdim edilməsinin son günüdür

01.10.2015 10:53     Siyasi reaksiya     1874

Oktyabrın 2-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsinə ayrılan müddət başa çatır.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Seçki Məcəlləsinə əsasən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət 2015-ci il sentyabrın 12-dən oktyabrın 2-si saat 18.00-dək olan dövrü əhatə edir.

Şərhlər