Prokurorluq işçiləri Şəhidlər xiyabanını ziyarət etdi

01.10.2015 11:24     Siyasi reaksiya     2082

Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı qeyd olunur.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən Baş Prokurorluq rəhbərliyi “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bütün prokurorluq əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Şərhlər