“Avrasiya İttifaqı üzvlüyü üçün “heç vaxt” sözünü demirik” - Elmar Məmmədyarov
01.10.2015 14:04 Siyasi reaksiya 2038
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyə qapalı olmadığını deyib.
Reaksiya.az xəbər verir ki, nazir mümkün üzvlük haqqında "Heç vaxt “heç vaxt” demə" ifadələrini işlədib.
BMT-nin 70-ci Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorkda gedən Məmmədyarov Sputnikin suallarını cavablandırıb: "Azərbaycanın AİB-ə üzvlük ehtimalını kənarlaşdırmamışıq, ancaq bilirik ki, bu ittifaqa daxil olmaq çətindir”.
Azərbaycanın Avrasiya bloku daxilində daha çox qarşılıqlı əməkdaşlıq əldə edəcəyini vurğulayan nazir Ermənistanın AİB-dəki varlığının son dərəcə ciddi bir maneə olduğunu qeyd edib.
BMT-nin beynəlxalq ticarət statistikasına görə, Rusiya Azərbaycan mallarını ən çox idxal edən 5 ölkədən biridir. Azərbaycan Rusiyanın da yer aldığı Müstəqil Dövlət Birliyi (MDB) azad ticarət zonasının üzvüdür.
Qeyd edək ki, AİB-də Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan yer alıb.
Şərhlər