Azərbaycan ordusunun atəşi erməni naziri qaçırtdı
02.10.2015 03:52 Siyasi reaksiya 1638
Sentyabrın sonlarında Azərbaycan-Ermənistan sərhədində baş vermiş şiddətli atışmalar zamanı maraqlı insident baş verib.
ANS PRESS-in məlumatına görə, Ermənistanın kənd təsərrüfatı naziri Azərbaycan ordusunun mövqelərindən Tavuş vilayətinin Berdavan kəndinə tərəf açılan ilk atəşlərdən sonra şikayətini dinlədiyi kəndliləri qoyaraq qaçıb.
Bu barədə ermənilərin azatutyun.am.saytı xəbər verib. Xəbərdə qeyd olunur ki, Tavuş rayonunun Berdavan kənd sakinləri təlaş içindədirlər. Onlar atəşkəs dövründə tez-tez baş verən atışmalara öyrəşsələr də, son günlərdəki qədər şiddətli atışma xatırlamadıqlarını deyirlər.
Son atışmalardan sonra kəndin bir çox sakinləri evlərini tərk edib. Berdavanda məktəb və çoxuşaqlı ailələrin yaşadıqları evlərin qapıları bağlıdır. Kəndlilər deyirlər ki, təhlükəli olduğundan uşaqları kənddən çıxarıblar. Berdavanda əhali əsasən üzümçülüklə məşğul olur. İntensiv atəşə görə indi məhsul yığımına getmirlər. Sakinlər bildirir ki, sonuncu atəş vaxtı kənd təsərrüfatı naziri Serqo Karapetyan Berdavanda olub. Nazir kənddəki şərab zavodunun yanında üzümün qiymətini müzakirə edirmiş.
Kənd sakinləri deyir ki, atəş səsləri eşidilən kimi nazir söhbəti yarımçıq qoyub qaçıb: “Zavoda gəlmişdi ki, bizə üzüm qəbulunun qaydaları haqda məlumat versin, amma güllə səslərini eşidən kimi dönüb qaçdı”.
Şərhlər