"Mətbuat nümayəndələri elə insanlardır ki, ..." - Məzahir Pənahov
02.10.2015 11:31 Siyasi reaksiya 2057
Biz hamımız çalışmalıyıq ki, seçkilərə kölgə salmaq üçün heç kimə əsas verməyək.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə çıxışında deyib.
M.Pənahov bildirib ki, bu günki tədbir seçkilərin ədalətli və şəffəf keçirilməsi üçün hökumətin ortaya qoyduğu iradənin bariz nümunəsidir: "Biz həmişə mətbuat nümayəndələri ilə çalışmışıq. Çalışmışıq ki, nəinki yerli mətbuat, o cümlədən xarici mətbuat da tədbirlərimizdə yaxından iştirak etsin. KİV-lərin seçkilərdə rolu və yeri çox vacibdir. Mətbuat nümayəndələri elə insanlardır ki, onların seçkilərin müşahidə etməsi üçün haradasa akkreditasiya keçməsi üçün ehtiyac yoxdur. Onların vəsiqələri prosesdə əvvəldən axıra kimi iştirak etməyə imkan verir. Bizim mətbuat çox inkişaf edib. Ümumi ölkənin durumu demokratik seçkilərin keçirilməsi üçün mühit olmalıdır. Biz bütün şəraiti yaratmalıyıq ki, seçkilərlə bağlı kimin nə fikri varsa ortaya qoysun. Azərbaycanda indiyə qədər keçirilən seçkilərdə çoxluğun fikrinin olmasında heç bir problem olmayıb. 1700-dən artıq insan namizədlik üçün müracit edib. Biz hamımız çalışmalıyıq ki, seçkilərə kölgə salmaq üçün heç kimə əsas verməyək.
Şərhlər