"Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək" - Cenap Aşçı

02.10.2015 13:40     Siyasi reaksiya     2060

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi Azərbaycan və Türkiyə üçün çox vacibdir.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin ticarət və gömrük naziri Cenap Aşçı deyib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması bir qədər gecikir: "Hazırda tunellərin tikintisi aparılır. Düşündüyümüzdən də daha bərk süxurlarla üzləşmişik. Ümid edirəm ki, gələn il layihə başa çatacaq".

Şərhlər