"Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi əsaslı olaraq qeydə alınmayıb" - MSK

05.10.2015 16:31     Siyasi reaksiya     1866

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 42 saylı Sumqayıt II Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Tənzilə Rüstəmxanlının namizədliyinin 42 saylı Sumqayıt II Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmaması ilə bağlı şikayətinə baxılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, MSK üzvü Ramiz İbrahimov deyib ki, T. Rüstəmxanlı namizədliyinin qeydə alınmamasından MSK-ya şikayət edib.

T. Rüstəmxanlı DSK-da imzaların yoxlanılması prosesində iştirak etmədiyini və təqdim etdiyi 183 imzanın əsassız olaraq etibarsız sayıldığını nəzərə çatdırıb. MSK-nın İşçi Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, T. Rüstəmxanlı namizədliyinin qeydə alınması üçün 550 imza təqdim edilib, 42 saylı Sumqayıt II DSK 183 seçici ərizə ilə müraciət edərək aldadılaraq imzalarının alındığını, T. Rüstəmxanlıya imza vermələrindən xəbərlərinin olmadığını bildiriblər. Eyni zamanda T. Rüstəmxanlının səlahiyyətli nümayəndəsinin də DSK-nın iclasında iştirak etdiyi məlum olub. Buna görə də MSK-nın İşçi Qrupu T. Rüstəmxanlının şikayətini əsassız sayıb.

MSK məsələni səsverməyə çıxarıb və T. Rüstəmxanlının şikayətini əsassız sayıb, T. Rüstəmxanlı deputatlığa namizəd kimi qeydə alınmayıb.

Şərhlər