Baş nazirin müavininin qızına diplomatik rütbə verildi
06.10.2015 17:16 Siyasi reaksiya 2253
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Günay Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:
Günay Elçin qızı Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin".
Qeyd edək ki, Bakıda doğulan və uşaqlıqdan mədəniyyət və incəsənət mühitində böyüyən Günay Əfəndiyeva əvvəlcə Bülbül adına Musiqi məktəbini qızıl medalla bitirib. Daha sonra Azərbaycan Tibb İnstitutunun qırmızı diplomlu məzunu olub. Az bir müddətdə ixtisası üzrə işləyən G.Əfəndiyeva sonra Türkiyədə diplomatik fəaliyyətə başlayıb. Belə ki, o, 2004-cü ildə Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda işə qəbul edilib və bununla da Günay Əfəndiyevanın diplomat karyerası başlayıb.
G.Əfəndiyeva 4 il (2004-2008) Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb.
Daha sonra o, diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib. Belə ki, o, İstanbuldakı faəliyyətini başa vurub Bakıya qayıdandan sonra YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub.
G.Əfəndiyeva hazırda da bu postda-YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi olaraq çalışır.
Şərhlər