CNN: "Qərbin Rusiyaya yeni sanksiyalarının detayları müəyyənləşib”

15.06.2015 13:38     Siyasi reaksiya     1596

ABŞ və Aİ-nin Ukrayna böhranının dərinləşməsi halında Rusiyaya tətbiq ediləcək yeni sanksiyaların detayları mediaya bəlli olub. Belə ki, ABŞ-ın CNN televiziyası, ABŞ və Aİ diplomatlarına istinadən verdiyi xəbərdə, ABŞ və Aİ-nin yeni sanksiyalarının gerçək şəxsləri və şirkətlərini əhatə edə biləcəyi ilə məlumat verilib.

CNN – in əlaqə saxladığı diplomatik mənbəələr, Rusiyaya qarşı sanksiyaların ağırlaşdırılması ilə bağlı hələ son qərarın verilmədiyini, ancaq Donbassda qarşıdurmaların alovlanması ilə məsələnin gündəmə gəldiyini söyləyib.

Yeni sanksiyaların qüvvəyə minəcəyi təqdirdə, maliyyə, enerji və müdafiə kimi sferaları əhatə edilməsini planlaşdırdıqlarını qeyd ediblər.

Ağ Evdən verilən açıqlamada, Ukryananın şərqində ciddi bir qarşıdurmanın baş verməsi halında Rusiyaya qarşı yeni sanksiyaların qüvvəyə girəcəyi bildirilib.

Şərhlər

Çox oxunanlar