Sabah seçicilərə qeydiyyatdan çıxma vəsiqələri veriləcək

07.10.2015 11:55     Siyasi reaksiya     1923

Bu gün Milli Məclisə noyabrın 1-ə təyin edilmiş  seçkilərlə əlaqədar səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət başa çatıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Seçki Məcəlləsinə əsasən səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələri səsvermə gününə azı 25 gün qalmış  dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməlidir.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət noyabrın 7-dək olan dövrü əhatə edib. Məntəqə seçki komissiyaları sabahdan başlayaraq oktyabrın 29-dək seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqələri verəcək.

Şərhlər