İnsan haqları üzrə işçi qrup ləğv olunub

08.10.2015 00:17     Siyasi reaksiya     1628

Bu gün Avropa Şurası (AŞ) baş katibi Turbörn Yaqland Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması ilə bağlı qərarını açıqlayıb.

Reaksiya.az-ın xəbərinə görə, AŞ-nin bu barədə məlumatında qeyd olunur ki, 2014-cü ilin sentyabrından AŞ üzvləri vətəndaş cəmiyyəti və Azərbaycan rəhbərliyi arasında dialoqun canlanması məqsədi ilə Bakıda görüşlərdə iştirak edib. 

AŞ bu təşəbbüsə baxmayaraq, insan haqları müdafiəçilərinin həbsi qərarının dəyişmədiyini müşahidə edib. 

Məlumatda qeyd olunur ki, Turbörn Yaqland qərarını Nazirlər Komitəsinə açıqlamazdan öncə bu barədə Azərbaycan tərəfini məlumatlandırıb. 

Şərhlər