Azərbaycan-Rusiya sərhədində yeni sərhəd zastavasının açılışı olub

15.06.2015 14:20     Siyasi reaksiya     1951

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yaradılmasının 23-cü ildönümü ərəfəsində Qusar rayonu Samur qəsəbəsində yerləşən “Samur” sərhəd zastavasının açılşı və yeni inşa ediləcək sərhəd zastavasının təməlqoyma mərasimi keçirilib. 
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində Qusar rayon İcra Hakimiyyətinin rəsmiləri, DSX rəisinin birinci müavini, general-leytenant Rəşad Sadiqov şəxsi heyəti zastavanın açılışı və Milli Qurtuluş günü münasibətilə təbrik edib. 
 
O, Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. R. Sadiqov “Azərsun” şirkətinə məxsus binanı əsaslı təmir edərək sərhədçilərin istifadəsinə verdiklərinə və yeni inşa ediləcək sərhəd zastavasının tikintisini təmannasız keçirəcəklərinə görə şirkətin rəhbərliyinə minnətdarlığını bildirib. 
Qonaqlar ikimərtəbəli binada yaradılan şəraitlə, əsgər yataqxanası, istirahət və təlim otaqları, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, anbarlarla tanış olublar. Müasir tələblərə cavab verən yeni sərhəd zastavasında sərhəd xidmətini yüksək səviyyədə təşkil etmək, yaşamaq və istirahət etmək üçün hər cür şərait yaradılıb.
 
Daha sonra yeni inşa ediləcək sərhəd zastavası kompleksinin təməlqoyma mərasimi keçirilib.

Şərhlər

Çox oxunanlar