Arif Məmmədov İslam Əməkdaşlıq Təşkilatından xaric olundu

15.06.2015 15:41     Siyasi reaksiya     1924

O, təşkilatın diplomatı statusundan məhrum edilib

 
 İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb.
 
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, A. Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilat sıralarından xaric edilib.
 
Qeyd edək ki, A. Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb. 
 

Şərhlər

Çox oxunanlar