Macarıstan parlamentinin sədri Azərbaycana gəlir

15.06.2015 15:57     Siyasi reaksiya     1742

 Macarıstan parlamentinin sədri, hakim FİDES partiyasının liderlərindən biri olan Laslo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 16-da Azərbaycana səfər edəcək.

Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işgüzar xarakterli səfər zamanı Milli Məclisdə və Azərbaycan hökumətində bir sıra görüşlər nəzərdə tutulur. 

 

Səfərdə digər məqsəd I Avropa Oyunları ilə tanış olmaq, bu sahədə Azərbaycanın təcrübəsini daha yaxından öyrənməkdir. Səfər çərçivəsində L. Köver Macarıstan milli komandasının üzvləri ilə görüş keçiriləcək. 
      

Səfər iyunun 21-dək davam edəcək.

Şərhlər

Çox oxunanlar