Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edəcək
09.10.2015 00:41 Siyasi reaksiya 1803
Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev, parlament sədrinin köməkçisi – MDB Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov oktyabrın 9-da Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcəklər.
Parlamentdən verilən məlumata görə, nümayəndə heyəti Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Milli Məclisin təmsilçiləri MDB PA-nın missiyası tərkibində prosesə qatılacaqlar. Müşahidəçilər müxtəlif məntəqələrdə səsvermənin gedişatını izləyəcək, yerlərdə seçicilər üçün yaradılmış şəraitlə tanış olacaqlar.
Səfər oktyabrın 13-də başa çatacaq.
Şərhlər