Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb

09.10.2015 02:07     Siyasi reaksiya     1702

Bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınanların seçkiqabağı təşviqatının aparılmasına başlanılıb.

Reaksiya.az-ın xəbərinə görə, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi patiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

V çağırış Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış - 9 oktyabrda başlanır və səsvermənin başlanmasına 24 saat qalmış - 31 oktyabr saat 08:00-da dayandırılır.

Qeyd edək ki, indiyədək 1 200 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 116 namizədin hamısı, "Azadlıq-2015" seçki blokundan 15 nəfərin, təşəbbüs qruplarından 2 nəfərin, öz təşəbbüsü ilə namizədliyini irəli sürənlərdən isə 910 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Şərhlər