"AŞPA məruzəçisinin Qarabağa səfərindən imtina edilməsi qəribə görünür" - Metyu Brayza

09.10.2015 08:28     Siyasi reaksiya     1744

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunda qurulmuş separatçı rejimin Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Robert Volterin bölgəyə səfərinə rədd cavabı verməsini şərh edib.

Reaksiya.az xəbər verir ki, bu barədə o "Vestnik Kavkaza" müsahibəsində danışıb.

"Təcrübəmə əsasən deyə bilərəm ki, işğal altında olan Dağlıq Qarabağı idarə edən qüvvələrin Robert Volter kimi dünyaca məşhur insanın regiona səfərinə icazə verməməsi olduqca qeyri-adidir. Bundan əlavə, belə bir mütəxəssisin məruzəsini eşitmək bütün tərəflərin marağındadır", - deyə Metyu Brayza bildirib.

Şərhlər