Milli Məclisin son iclasının tarixi və gündəliyi açıqlandı

09.10.2015 11:35     Siyasi reaksiya     1971

Azərbaycan Milli Məclisinin IV çağırışda son plenar iclası oktyabrın 23-də olacaq.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə 25 məsələ daxildir.

Bunlar oktyabrın 13-14-ü müzakirə olunacaq 2016-cı il üzrə büdcə zərfinin təsdiqi, bir neçə ölkə ilə Azərbaycanın imzaladığı sazişlərin təsdiqi və bir neçə qanun layihələrinə dəyişikliklərdir.

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.

Şərhlər