Məqsədimiz dəyişməzdir – Xalqa xidmət, dövlətə dəstək! - FOTOLAR

09.10.2015 15:31     Siyasi reaksiya     2354

 

 

Məlum olduğu kimi 9 oktyabr 2015 – ci il tarixindən etibarən rəsmi səkildə Milli Məclisə seçkilərin təbliğat kampaniyasına start verilib. Reaksiya.az saytı da deputatlığa namizədlərin seçki kampaniyası haqqında məlumat almaq üçün 34 saylı Xətai İkinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizəd Fuad Muradovun seçki qərargahına üz tutub. Qərərgaha çatanda səhər saatları olmasına baxmayaraq, artıq qərargahda olan könüllülərdən kimisi təbliğat materiallarını hazırlayır, kimisi seçicilər üçün nəzərdə tutulmuş platformaları səliqəli şəkildə qatlayaraq düzürdü.

Seçki qərargahının rəhbəri bizimlə söhbəti zamanı bildirdi ki, artıq dairə ərazisində bütün ünvanlar dəqiqləşdirilib. Eyni zamanda sorğular keçirilərək ərazidə mövcud seçici aktivliyi və insanların seçkiyə marağı da müəyyən olunub. Sevindirici haldır ki, insanlar dövlətimiz və dövlətçiliyimizə dəstək üçün vacib məsələ olan seçkilərdə iştirak etmək haqqında müsbət fikirlər bildiriblər: “Bu gündən başlayaraq seçicilərlə görüçlərə start verəcəyik. Düşünürük ki, kampaniyaya ayrılmış vaxt ərzində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün ünvanlar üzrə seçicilərlə görüşəcəyik”.

Qərargahda çalışan əməkdaşlarla seçki kampaniyası haqqında söhbət etdik. Fuad Muradovun səlahiyyətli nümayəndəsi Heydər Atayev  bildirdi ki, Dairə seçki Kommisiyası ilə bağlı bütün məsələlər öz həllini tapıb: “Seçkilərdə Fuad Muradovu təmsil edəcək vəkillər və səlahiyyətli nümayəndələr, həmçinin seçkiləri müşahidə edəcək müşahidəçilər DSK-ya təqdim edilib. Düşünürük ki, Azərbaycan dövlətinin yaratdığı şəffaf seçki mühitində qanunlara əməl edərək seçki kampaniyamızı həyata keçirəcəyik. Biz təbliğat kampaniyasında aktiv iştirak edərək layiqli namizədimizin qələbə qazanması üçün çalışacağıq”.

Qərargahda daha çox könüllülər var idi. Onlarla söhbətimiz zamanı bildirdilər ki, Fuad Muradovun seçki kampaniyasına könüllü olaraq qoşulublar. Burada həm seçkilərin keçirilməsi ilə bağlı təcrübə qazanmaq, eyni zamanda hər zaman gənclərə dəstək olan Fuad Muradova kömək etmək üçün iştirak edirlər. Könüllü gənclər onu da bildirdilər ki, bundan əvvəl də Fuad müəllim millət vəkili olduğu zaman gəncləri narahat edən məsələlərin həllində kifayət qədər aktiv iştirak edib: “Odur ki, biz təbliğat kampaniyasında aktiv iştirak edərək layiqli namizədimizin qələbə qazanması üçün çalışacağıq”.

Şərhlər