İlham Əliyev Gürcüstanın baş nazirini qəbul etdi
10.10.2015 14:10 Siyasi reaksiya 1953
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.
Reaksiya.az xəbər verir kİ, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunulub.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmi qeyd edilib.
Şərhlər