Qənirə Paşayeva seçki kampaniyasına start verib - FOTOLAR

10.10.2015 19:07     Siyasi reaksiya     2577

Bu gün millət vəkilliyinə namizəd Qənirə Paşayeva Tovuz rayonunun Qovlar şəhərində təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə görüş keçirib. Olduqca xoş və isti münasibət şəraitində baş tutan görüşdə Q. Paşayeva bildirib ki, 10 il ərzində dəyərli vətəndaşları təmsil edən millət vəkili kimi bu ada layiq olmağa çalışıb: “Mənə etimad göstərdiyiniz üçün bir daha sizə təşəkkür edirəm. Əgər təkrar etimad göstərərsinizsə, yenə də sizi layiq olduğunuz səviyyədə təmsil etməyə, gücümün çatdığı qədər sizə, millətimizə və dövlətimizə xidmət etməyə çalışacağam".

Qovlar qəsəbəsi Mədəniyyət Evində baş tutan görüşdə çıxış edən qəsəbə ziyalılar da ölkəmizdəki mövcud vəziyyətdən, Milli Məclisdə qəbul olunan bir sıra qanunlardan onlara edilən əlavə və dəyişikliklərdən bəhs ediblər. Bildiriblər ki, millət vəkili Q.Paşayevaya inamları sonsuzdur.  

Şərhlər