Fuad Muradov seçicilərlə görüşlər keçirib - FOTOLAR

11.10.2015 19:51     Siyasi reaksiya     2459

34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradovun təbliğat-təşviqat kampaniyası davam edir.

Oktyabrın 10-da rayonun General Şıxlinski küçəsində yaşayan 10 binanın sakinləri ilə görüşlər keçirilib.

 

Seçicilərlə söhbətində Fuad Muradov bildirib ki, ötən 10 il ərzində Səbail rayonundan millət vəkili seçilib. “Mən sizə hansısa vədlər vermək istəmirəm. Sadəcə olaraq onu deyə bilərəm ki, hər zaman sizin yanınızda olacağam. İstər sosial, istər hüquqi, istərsə də digər məsələlərin həllində sizlərə yardımçı olmağa çalışacağam. Biz bunu ötən 10 il ərzində Səbail rayonunda etmişik. Küçələrin abadlaşdırılması, qəzalı evlərin təmir edilməsi üçün dövlət qurumları ilə sıx əməkdaşlıq edilib. Hər ay Milli Məclisdə seçicilərlə görüşlər keçirib problemlərin həllinə çalışmışam. Millət vəkili kimi məni həmişə düşündürən məsələ seçkidən əvvəl insanlara bəslədiyim münasibətin deputat olduğum dövrdə yerinə yetirilməsi və dəyişməməsidir.

 

Seçicilər Fuad Muradovun Xətai rayonunda namizədliyini irəli sürməsindən məmnunluq ifadə etdilər. Bildirildi ki, Fuad Muradov Xətai sakinlərinin seçimidir. “Biz hamılıqla Fuad Muradova səs verəcəyik. Düşünürük ki, bundan əvvəl olduğu kimi, Xətai rayonunda da o gördüyü işlərlə fərqlənəcək.”

Şərhlər