Baş redaktor namizədliyindən imtina etdi

12.10.2015 11:21     Siyasi reaksiya     1950

“Seçkidə iştirakımı dayandırdım. Məni Milli Məclisdə görmək istəyən və bunun üçün dəstəyini, dualarını əsirgəməyən hər kəsə dərin minnətdarlığımı bildirirəm”.

Reaksiya.az xəbər verir ki, bu sözləri “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, millət vəkilliyinə namizəd Elçin Mirzəbəyli özünün facebook səhifəsində yazıb.

O, bundan sonra da heç bir seçkidə iştirak etməyəcəyini vurğulayıb: “İstər indi, istərsə də bundan sonra keçiriləcək seçkilərdə hər hansı bir statusla iştirak etməməyi düşünürəm. Yola davam edən dəyərli dostlarıma FƏRD olaraq bacardığım dəstəyi verəcəyəm. Qərarımın doğru olduğuna qətiyyən şübhə etmirəm”.

Elçin Mirzəbəyli dövlətdən tək istəyinin olduğunu bildirib: “Bu günədək canım qədər sevdiyim Dövlətimin və ayrılmaz bir parçası olduğum Millətimin adına xələl gətirəcək addım atmamışam. Fədakarlıq mənim qanımda, ruhumdadı! Bütün addımlarımı öz qənaətimə uyğun və inanaraq atmışam. Bundan sonra da eyni fədakarlıqla doğru bildiyim YOLa davam edəcəyəm. İstiqlalı uğrunda gəncliyimi, inkişafı yolunda ömrümün ən gözəl illərini göz qırpmadan fəda etdiyim DÖVLƏTİMDƏN tək istəyim mənə öz təcrübəmdən və bacarığımdan layiqincə istifadə etmək imkanının tanınmasıdır. Tanrı Azərbaycanı qorusun!”.

Şərhlər