Böyük Britaniyanın səfiri təəssüf etdi
12.10.2015 17:58 Siyasi reaksiya 1885
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Ermənistan tərəfindən AŞ PA-nın Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması məsələsi üzrə məruzəçisi Robert Valterin (Böyük Britaniya) Azərbaycanın separatçı regionuna səfərinə qadağan qoyulmasına görə təəssüfünü bildirib.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, səfir Cənubi Qafqazdakı münaqişələrə cəlb edilmiş cəmiyyətlərlə təmasların beynəlxalq institutlar tərəfindən dəstəklənməsinin bütün tərəflərin marağında olduğunu bildirib.
Onun sözlərinə görə, münaqişənin dinc yolla uzunmüddətli həllinin tapılması yalnız bütün icmalarla birbaşa təmasların olması halında mümkündür.
Şərhlər