“Həmin problemlər artıq öz həllini tapıb” - Fuad Muradov - FOTOLAR

12.10.2015 21:25     Siyasi reaksiya     2235

34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradovun təbliğat-təşviqat kampaniyası davam edir.

Bu gün rayonun General Mehmandarov küçəsində 8 - ci binanın sakinləri ilə görüşlər keçirilib.

Sakinlərlə görüşdə Fuad Muradov bildirib ki, bu gün Azərbaycanda sosial məsələlərin həllinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. “Lakin bilirəm ki, sizi də narahat edən məsələlər var. Amma mövcud problemlərin həlli istiqamətində görülən işlər göz qabağındadır. 10 il əvvəl əgər hansısa bir məsələnin həllində çətinlik var ididsə bu gün bizi həmin problemlər düşündürmür. Onlar artıq çoxdan öz həllini tapıb.”

Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə diqqət çəkən Fuad Muradov bildirib ki, xüsusən orta məktəblərdə gənclərin hərbi xidmətə, vətəni müdafiəyə hazırlamasına dair məsələlər bundan sonra da diqqətdə saxlanılacaq. “Uzun illərdir gənclər sektorunda fəaliyyətimiz olub. Bu dövr ərzində çalışmışıq ki, gəncləri hərbi ixtisaslara həvəsləndirəcək layihələrin həyata keçirilməsinə şərait yaradaq. Düşünürəm ki, bu gün bizim üçün bu daha vacib amildir. Çünki Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması əsas prioritet məsələmizdir.

Sakinlər həmçinin Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağın sülh yolu ilə azad olunması istiqamətində beynəlxalq təşkilatlara ölkəmizin haqq səsinin çatdırılmasında göstərdiyi səylərə görə Fuad Muradova təşəkkürlərini bildirblər və qarşıdan gələn seçkilərə ona etimad göstərəcəklərini vurğulayıblar.

 

Şərhlər