MHP-li millət vəkili: "Biz heç kimlə blok qurmuruq"...

16.06.2015 13:25     Siyasi reaksiya     1816

CHP lideri Kılıçdaroğlu, dünən Partiya Məclisinin iclasında verdiyi açıqlamada seçkidən sonra 40 və 60 % - lik tarazlığın yarandığını bildirib. Və hökumət qurma vəzifəsi 60% - lik blokun üstünə düşür. Prinsiplərimizi qoyaq o çərçivədə bir araya gələk. Oturaq, adam kimi hökumət yaradaq" -  deyib. Kılıçdaroğlu bu sözləri ilə belə demək mümkünsə, MHP-yə mesaj göndərib. Kılıçdaroğluna cavab MHP sədrinin müavini və Yozgat millət vəkili Sadir Durmazdan gəlib.

MHP - li Durmaz Reaksiya.az – a verdiyi açıqlamada AKP, CHP və HDP - ni həll bloku kimi xarakterizə edib. Bu partiyaların Türkiyənin ən əhəmiyyətli məsələsini həll variantı kimi gördüyünü bildirən Durmazın açıqlaması belədir:

"Hansı partiyalar çözümlə ortaq nəqtəyə gəlir? AKP, CHP, HDP. AKP ilə HDP - nin ən əhəmiyyətli prioriteti budur. Davam edəcəyik deyə də bəyanatları var. Buna görə də prioritet onlarındır. Türkiyənin ən əhəmiyyətli məsələsini həll etmək, ən əhəmiyyətli məsələsi də ortada qaldığı halda başqa şeylərə baxmaq düz deyil. Gəlin, buyurun sayınız da çatır, həll edin. İkisinin sayı çatmırsa, CHP-nin də öz aranıza alın, o zaman sayınız olacaq 470. Yəni, 78% təmsil gücü qazanacaqsınız, o zaman buyurun həlli Türkiyənin ən əhəmiyyətli məsələsini həll etmiş olar. MHP-nin israrla çözümlə bir arada saxlamağa çalışmaq çox da doğru deyil. Biz heç kimlə əsla blok deyilik. Özlərinin qanunları olduğu kimi MHP-nin də qanunları, qırmızı xəttləri var. Onlar hər nə qədər qırmızı xətt ifadəsini bəyənmirlərsə, əlbəttə həll də bizim qırmızı xəttdir. Yəni çözümdə ortaq şəkildə heç kimlə bir araya gəlməyimiz doğru deyil. Olmazsa olmazımız da məhz budur".

Şərhlər

Çox oxunanlar