Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb - Oktay Əsədov

13.10.2015 12:17     Siyasi reaksiya     1942

"Dünyada baş verən proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb".

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin spikeri Oktay Əsədov bu gün Milli Məclisdə 2016-cı ilin büdcə müzakirələri zamanı deyib.

O.Əsədov bildirib ki, Azərbaycan büdcəsi bu il də sosial yönümlülüyü ilə seçilib.

Spiker qeyd edib ki, ölkənin müdafiə gücünün saxlanması və təhlükəsizlik üçün diqqət həmişə olduğu kimi yüksək olub və bu il də bu istiqamətdə kifayət qədər vəsait ayrılıb.

Şərhlər