“Ziya Məmmədov xaricə gedib” - Rəsmi açıqlama

13.10.2015 12:45     Siyasi reaksiya     2219

Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Toplantıda nəqliyyat naziri Ziya Məmmədovun iştirak etməməsi ictimaiyyətdə böyük maraq doğurub. Bir çoxları hesab edir ki, o, artıq işdən çıxarılacaq məmurların qara siyahısına düşüb və bu baxımdan iclasa çağırılmayıb.

Reaksiya.az bu olayla bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlayıb.

O, nazirin rəsmi olaraq oktyabr ayının 23-dək əmək məzuniyyətində olduğunu deyib: “Nazir hal-hazırda Bakıda deyil, xaricdədir, istirahət hüququndan istifadə edərək dincəlir”.

Nazirliyin rəsmisi Ziya Məmmədovun konkret olaraq hansı ölkəyə getdiyi haqda informasiyası olmadığını vurğulayıb. 

Şərhlər