Namizəd olan millət vəkillərinə daha 3 gün verildi
13.10.2015 15:17 Siyasi reaksiya 1975
Azərbaycan Milli Məclisinin (MM) IV çağırışda son plenar iclasının tarixi dəyişdirilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, iclas oktyabrın 23-dən 20-nə keçirilib.
Bildirilib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olan millət vəkillərinə seçki gününə hazırlığa daha çox vaxt vermək üçün iclasın vaxtı 3 gün əvvələ çəkilib.
İclasın gündəliyində hazırda 25 məsələ nəzərdə tutulsa da, əlavə bir neçə layihənin də gündəliyə salınması gözlənilir.
Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.
Şərhlər