​MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqlayıb

14.10.2015 04:26     Siyasi reaksiya     1576

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 22 606 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.

Reaksiya.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müşahidəçilərin 167-si MSK-da qeydiyyatdan keçib. Dairə seçki komissiyalarında isə 22 606 müşahidəçi qeydə alınıb: “20 ölkədən də 138 müşahidəçi seçkiləri izləmək üçün Azərbaycana gələcək”.

İndiyə qədər MSK-da 64 müraciətə baxılıb. 15 müraciət təmin olunub.

Qeyd edək ki, indiyədək 1 246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Şərhlər