Rusiya və ABŞ səfirləri Türkiyə XİN-ə çağırıldı
14.10.2015 16:04 Siyasi reaksiya 2077
Rusiya və ABŞ-ın Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Türkiyə hökuməti rəsmi Moskva və Vaşinqtonun Suriyadakı kürdlərə dəstək verdiyini düşünür.
Türkiyə tərəfi ABŞ səfiri Con Bass və Rusiya səfiri Andrey Karlova xəbərdarlıq edib ki, Kürd Demokratik İttifaqına (PYD) dəstək qəbuledilməzdir.
Şərhlər