Nazir Fransanın Azərbaycandakı səfirini qəbul edib

15.10.2015 00:24     Siyasi reaksiya     1689

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ə. Qarayev Paskal Mönyenin səfir kimi fəaliyyətinin başa çatması ilə əlaqədar bildirib ki, onun fəaliyyəti dövründə Azərbaycanla Fransa arasındakı əməkdaşlıq bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahələrində də dərindən inkişaf edib.

Ölkə rəhbərləri arasında keçirilmiş görüşlər zamanı əldə olunmuş razılaşmalar nəticəsində həm Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Fransada keçirilmiş çox saylı mədəniyyət tədbirləri, həmçinin nazirliyin Fransada təşkil etdiyi tədbirlər, eləcə də Fransada Azərbaycanda keçirdiyi tədbirlər əldə edilmiş uğurlar və həyata keçirilmiş layihələrin göstəricisidir.

Səfir fəaliyyəti dövründə göstərdiyi münasibət və qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirib.

Şərhlər