Bu rayonlara yeni prokurorlar təyin edilib

15.10.2015 01:12     Siyasi reaksiya     1504

Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Lənkəran rayon prokuroru Natiq Abdullayev tutduğu vəzifədən azad edilərək Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş prokurorun digər əmri ilə Tovuz rayon prokuroru vəzifəsini icra edən Fəxrəddin Məmmədov Bərdə rayon prokuroru vəzifəsinə təyinat alıb.

Şərhlər