Rusiya MSK sədri parlament seçkilərini izləmək üçün Bakıya gələcək
15.10.2015 01:19 Siyasi reaksiya 1577
“ATƏT sədrinin Azərbaycana müşahidə missiyasını göndərməmək qərarı qeyri-qanunidir”
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün Bakıya gələcək.
Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə V. Çurov özü məlumat verib:
“Müxtəlif missiyalar tərkibində Azərbaycanda parlament seçkilərini izləməyə hazırlaşırıq. Bu bizim yaxın vaxtlar üçün planlarımızdır”,- deyə o bildirib.
V. Çurov əlavə edib ki, noyabrın 1-də keçiriləcək seçkilərdə fərqli cəhət odur ki, ATƏT missiyası müşahidə aparmayacaq: “ATƏT sədrinin Azərbaycana müşahidə missiyasını göndərməmək qərarı qeyri-qanunidir. Bu qərar qurumun sənədlərinə uyğun deyil. Bu onun şəxsi qərarı olub. Seçkilərdə digər missiyalar müşahidələr aparacaq”.
Şərhlər