Fuad Muradov müharibə veteranları ilə görüşüb - FOTOLAR

15.10.2015 02:03     Siyasi reaksiya     2214

Fuad Muradov: “Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir”

Bu gün 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak etmiş müharibə veteranlarının dəvəti  ilə onlarla görüşüb.

Çıxış edən Fuad Muradov bundan sonra da fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü məsələsini hər zaman öndə tutacağını qeyd edib. “Biz tez-tez cəbhə bölgələrinə səfərlər edir, əsgərlərimizlə görüşürük. Bu gün Azərbaycanın hərbi sahəyə göstərdiyi diqqət kifayət qədərdir və bu bizim üçün çox önəmlidir. Çünki torpaqlarımız işğal altındadır və hər an hazır olmalıyıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir. Dövlət tərəfindən bu sahəyə xüsusi diqqət ayrılır. Lakin biz hər zaman sizin yanınızda olmalıyıq. ”

Xətai rayonu Veteranlar Birliyinin sədri Sabit Kazımov, professor Sakit Hüseynov çıxış edərək bildiriblər ki, bu gün Azərbaycanda ölkə rəhbəri səviyyəsində Dağlıq Qarabağın sülh yolu ilə azad edilməsi istiqamətində kifayət qədər işlər görülür. Ali Baş Komandanın bir əmri ilə bütün Azərbaycan xalqı Qarabağın azad edilməsi üçün hazırdır.

Çıxış edən müharibə veteranları bildiriblər ki, bu gün əsas məsələ Qarabağın azad olunmasıdır.

Görüşdə ölkəmizin azadlığı uğrunda döyüşən insanlara hər zaman dəstək göstərdiyinə görə Fuad Muradova təşəkkür edilib.

 

Şərhlər