İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

17.10.2015 01:04     Siyasi reaksiya     1650

Oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri başa çatıb.

Reaksiya.az-ın məlumatına görə, bundan əvvəl dövlət başçısı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adından MDB dövlət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib.

Xatırladaq ki, oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

Şərhlər