Türkiyənin Moskvadaki səfirliyinə hücum edən erməni azadlıqda - VİDEO
17.06.2015 11:45 Siyasi reaksiya 1482
Türkiyənin Moskvadaki səfirliyinə keçən ilin 18 avqustunda hücum etdiyinə görə aprel ayında 2 il müddətinə azadlıəqdan məhrum edilən erməni Artur Mirzoyan amnistiya aktı ilə sərbəst buraxılıb. Rus mətbuatına açıqlama verən Mirzoyanın vəkili Georgi Şatvoryan qərarın Moskva şəhər məhkəməsi tərəfindən verildiyini söyləyib. Vəkil bildirib ki, Mirzoyanın daha əvvəl verdiyi appelasiya ərazisi ilə müraciət etmişdi: “Bu gün məhkəmə bunu görüşərək müsbət qərar verdi. Mirzoyan elan edilən əfvdən yararlanıb sərbəst buraxıldı”.
Xatırladaq ki, Rusiyada "Dobriy Les" şirkətinin baş direktoru vəzifəsində çalışan Artur Mirzoyan ötən ilin 18 avqustunda səhər saatlarında Türkiyə səfirliyinin qarşısında maşınını saxlayandan sonra ov tüfəngi ilə səfirliyin lövhəsinə iki dəfə atəş açmışdı. Qapıda olan təhlükəsizlik qüvvələri şəxsi yaxalayaraq təsirsiz hala gətirmişdi.
Şərhlər