İlham Əliyev milli təhlükəsizlik nazirini vəzifəsindən azad etdi
17.10.2015 20:52 Siyasi reaksiya 2161
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.Ə.Mahmudovun Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin".
Şərhlər