Gürcüstanın XİN rəhbəri Bakıya gəlir

18.10.2015 19:08     Siyasi reaksiya     1652

Gürcüstanın yeni təyin olunan xarici işlər naziri Georgi Kvirikaşvilinin sabahdan Azərbaycana rəsmi səfəri başlayır.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Xarici İşlər Naziriyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, səfər zamanı ikitərəfli əlaqələrin inkişafı barəsində danışıqlar aparılacaq.

Qeyd edək ki, Georgi Kvirikaşvili xarici işlər naziri təyin olunduqdan sonra ilk xarici səfərini Azərbaycana edir.

Şərhlər