Ərdoğan Merkeli qəbul etdi - VİDEO

18.10.2015 20:22     Siyasi reaksiya     2075

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkeli qəbul edib.

Reaksiya.az xəbər verir ki, Beşiktaşdakı Mabeyn Köşkündə nəzərdə tutulduğundan təxminən 25 dəqiqə gec başlayan görüşə ilk olaraq Prezident Ərdoğan gəlib. Ərdoğandan təxminən 1 saat sonra isə saat 16.25-də Merkel köşkə təşrif buyurub.

Görüşdən sonra rəsmilər kameralar qarşısına keçərək sualları cavablandırıb.

Merkel bunları deyib:

“Mühüm məsələlərdən biri qaçqınların Türkiyədəki və qərbdəki tərzidir. Bu məsələdə hər iki ölkə narahatlıq keçirdi. Terror təşkilatlarına qarşı birgə mübarizə aparmaq lazım gəldiyi haqda da danışdıq. Səfərin çox faydalı keçdiyini qeyd etmək istəyirəm. Suriyada bir siyasi həllin zəruriliyini müzakirə etdik. Bunları daha sonra da müzakirə etmək üçün razılaşdıq. Türkiyə 2 milyon qaçqını qəbul edərək böyük bir vəzifəni öz üzərinə götürdü. Qaçqınların Türkiyə üzərindən Avropaya getdiyini də görürük. Bu məsələdə Türkiyəyə dəstək veriləcək. Türkiyənin Aİ ilə daha sıx əməkdaşlıq etməsi mövzusuna da toxunduq. Viza məsələsində razılığa gəldiyimizi bildirmək istəyirəm. Növbəti görüşümüz Antalyada G-20 sammitində olacaq”.

Şərhlər