Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşdü

19.10.2015 17:01     Siyasi reaksiya     1967

Bu gün Bakıda Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Georgi Kvirikaşvili arasında görüş keçirilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, əvvəlcə hər iki nazir təkbətək görüşüblər.

Daha sonra geniş formatda görüş olub. Tərəflər Azərbaycan və Gürcüstan arasında siyasi münasibətlər, enerji, nəqliyyat sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan prezidenti İlham Əliyevin 6 noyabr tarixində Gürcüstana rəsmi səfəri zamanı imzalanması planlaşdırılan sənədlər də nəzərdən keçirilib. 

Şərhlər