Yoxlamaların dayandırılması mövzusu Milli Məclisdə müzakirə ediləcək
19.10.2015 17:54 Siyasi reaksiya 2019
Prezident İlham Əliyev tərəfindən sahibkarlıq fəaliyyətində yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı Milli Məclisə göndərilən sənəd parlamentə daxil olub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, “Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək IV çağırışdakı son iclasında müzakirəyə çıxarılacaq. İclasın gündəliyinə ümumən 34 məsələ daxildir.
Dörd maddədən ibarət qanun layihəsinin 1-ci maddəsində bildirilir ki, sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərtilə 2 il müddətinə nəzərdə tutulub.
Şərhlər