Pan Gi Mun İsrail və Fələstin liderlərinə müraciət ünvanladı

20.10.2015 09:46     Siyasi reaksiya     1995

BMT baş katibi Pan Gi MunYaxın Şərqdə zorakılıq hallarının artması ilə əlaqədar  İsrail və Fələstin xalqlarına müraciət edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, baş katib video müraciətdə hazırkı zorakılığın fələstinlilərin legitim dövlət qurma haqlarını zəiflətdiyini, İsrailin isə təhlükəsizliyini təhdid altına qoyduğunu bildirib.

Pan Gi Mun İsrail və fələstinliləri ekstremistlərin din pərdəsi altında münaqişəni gərginləşdirmələrinə icazə verməməyə çağırıb: “Fələstin və İsrail liderlərini terror, zorakılıq, nifrət qarşısında qətiyyət nümayiş etdirməyə çağırıram”.

Bununla yanaşı, baş katib Yerusəlimdəki tarixi yerlərin status-kvosuna hörmətlə yanaşmağın vacibliyini diqqətə çatdırıb.

 

Şərhlər