2016-cı il dövlət büdcəsi zərfinə daxil olan sənədlər təsdiq olundu

20.10.2015 13:00     Siyasi reaksiya     2045

Bu gün Milli Məclisin IV cağırışının son plenar iclasında 2016-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri təsdiq edilib.

Reaksiya.az trend-ə istinadən xəbər verir ki, parlamentin iclasında “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları səsə qoyularaq qəbul edilib.

Şərhlər